Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sar fars

1. Yırtıcı quş.

2. Məcazi mənada: yırtıcı, vəhşi mənasında.

Tərlan tərlanınan,

Sar da sarınan.

Bülbül öz gülüynən,

Yar da yarınan,

Tərlan da götürməz,

Sarı yanınca.

        (”Qulam-Kəmtər”)

Lovğa-lovğa baxma mənə,

Sar qonammaz yasəmənə,

Qan uddurram indi sənə,

Batar meydan qana indi.

              (“Durna teli”)

Belə zaman hara, qoç igid hara?

Mərdləri çəkirlər namərdlər dara,

Baş əyir laçınlar, tərlanlar sara,

Mənmi qocalmışam, ya zəmanəmi?

               (“Koroğlunun qocalığı”)

Bunların da əllərində haman o tüfəngdən var. İndi gərək laçınlar, tərlanlar sarlara baş əyə. Bu gündən belə dünya namərd dünyasıdı. (“Koroğlunun qocalığı”)

Bu sinəm yaralı düşdü,

Dağların maralı düşdü,

Yar məndən aralı düşdü,

Tərlan uçmaz, sar görünür.

         (“Koroğlunun Qars səfəri”)

See also:

Azərbaycan dastanlarının leksikası