Reklam
Reklam

Etimologiya lüğəti

Sara

Yəhudi sözüdür, “təmiz, saf” deməkdir. Sarra şəklində olub və “knyaginya” mə­­nasında işlədilib. Bizdəki bəyim sözünə uyğun gəlir. İbrahim peyğəmbərin arvadı olub, qızlara verilən Sara adı məhz peyğəmbərin arvadı ilə bağlıdır. “Qızıl sikkə” mənasını verən Sarı sözü də mövcud olub. Zərnişan kimi Sara adı da qı­zılla bağlı ola bilər. Birinci daha inandırıcı yozumdur. Sarı adı kişilərə verilir, bəlkə də, rənglə bağlı deyil, “sikkə” anlamı ilə əlaqədardır. Amma Ağca (qadın adı), Göyçə (kişi adı), Qaraca tipli sözlər göstərir ki, Sarı adı rənglə də bağlı ola bilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti