Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

satellit [satellit] isim lat. satelles (satellitis) – yol yoldaşı, cığırdaş, cangüdən

1. Tarix. Qədim Romada öz ağasını müşayiət edən, qoruyan muzdlu əsgər. □ Cəsur satellit.

2. Politologiya. Formal cəhətdən müstəqil, amma başqasına – özündən güclü olan digər bir ölkəyə tabe dövlət. □ Satellit ölkə.

3. Astronomiya. Hansısa planetin peyki. □ Yupiterin satelliti.

4. Elektrotexnika. Planetar ötürücünün mütəhərrik oxlu dişli çarxı.

5. Geologiya. Nisbətən kiçik intruziv kütlə; böyük dərinlik intruzivlərinin (məs.: batolit, ştok və s.) zoğları və ya qolları.

Azərbaycan dilinin izahlı lüğəti