1. Çevik.
2. Qulluqda hazır olan.
3. Qabaqda gedib yol açan adam.
Yüklənə barxanam, çəkə bir şatır,
Özbək dəvələri, misiri qatır,
Tənəfləri ipək, atlasdan çadır,
Bu yurddan o yurda köç qonum ola.
(“Səyyad və Sədət”)
Qeyd: Şatır sözünün çörəkbişirən, çörəkçi mənası da var.
Azərbaycan dastanlarının leksikası