Kəlbəcər
Qədim asma tərəzinin qolu, tərəzinin gözləri asılan ağac. □ Tərəzinin şaxı ağaşdandı.
Borçalı, Daşkəsən, Tərtər
1. Təzəbəy və ya gəlin üçün yaxın dostları tərəfindən hədiyyə olaraq gətirilən üzəri şirniyyat və meyvə ilə bəzədilmiş budaq. □ Züleyxa Ireyhanın sağdışıdı, öz şaxını gəlinin otağına gətirdi (Borçalı); Qızı bajılıx öyünnən çıxardanda şax bəziyillər (Daşkəsən); Şaxı özünbə: verəllər (Tərtər).
2. Xonça.
Gədəbəy, Zəngilan
Silos basdırmaq üçün istifadə olunan qarğıdalı gövdəsi, yaşıl kütlə. □ Maşınnar yazıdan şax daşıyır (Zəngilan); Şaxnan saxladıx bu qış malı (Gədəbəy).
Ağcabədi
Ağaclıq. □ Məktəv o şaxın yanındadı.
Şəki
Lobya bitkisinin sarmaşıb qalxması üçün onun dibinə basdırılan ağaclar.
Azərbaycan dilinin dialektoloji lüğəti