1. Gildən hazırlanan dulusçuluq məmulatı. □ Saxsıya verə-verə, çıxdı misin bahası. (Atalar sözü).
2. Saxsıdan qayrılmış. □ Pəncərədən sarı şamdanlar, bəzi evlərdə isə saxsıdan çilçıraq (tuncrəngli) asılardı. (H.Sarabski).
3. Bu məmulatın sınmış parçaları. □ Alim yenə qucaq-qucaq yığır qədim saxsıları; Yer altdakı hər kərpicin üstündəki yazıları. (S.Vurğun).
Azərbaycan dilinin izahlı lüğəti