1. Bir şeyi hesablamaq üçün xüsusi quruluşlu cihaz, alət. Elektrik (qaz) sayğacı (işlənən elektrikin, suyun, qazın miqdarını hesablayan cihaz). □ Taksi sayğacı (taksilərdə gedilmiş yolun məsafəsini və haqqını göstərən cihaz).
2. Dördkünc çərçivədə köndələn millərə keçirilmiş yuvarlaq sümükcüklərdən ibarət sadə riyazi hesablamalar aparmaq üçün alət, çötkə. □ ...o biri otaqda sayğacını aram-aram şaqqıldadan hesabdarın yanına keçdi. (B.Bayramov).