Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

saytal1

Cəbrayıl

Seçmə.

saytal2

Qarakilsə, Salyan

Ağıllı, düşüncəli. □ Saytal adamı hər yerdə sayallar (Salyan); Vəlməmiş saytal adamdı, hamı onnan məsləhət alardı, gə:şərdilər (Qarakilsə).

saytal3

Qarakilsə

1. İgid, qorxmaz. □ Nəbyin dəsdəsi saytal oğlannar idi.

2. Güclü (Kürdəmir). □ Əlsa:b saytal oğlandı, onu qarpışmada heç kim yıxmaz.

saytal4

Salyan

Hamar, düz. □ Saytal taxdada tilişgə olmaz.

Azərbaycan dilinin dialektoloji lüğəti