ərəb. saba sözündəndir. Səba sözü dilimizdə səhər əsən xəfif, yumşaq meh mənasındadır.
Tədqiqatlarda Nuhun nəvələrinin birinin adından olması barədə mülahizələr mövcuddur. Mənbələrdə Səba həm də qədim Yəmən şəhərlərindən birinin adı olaraq göstərilmişdir. Qadın padşah Bilqeysin (Bəlqis) məmləkəti olması barədə də məlumatlara rast gəlinir. Rəvayətə görə, Nuhun nəvələrindən olan Səba tərəfindən salındığı üçün belə adlanır. Qeyd etmək lazımdır ki, Səba sözü klassik ədəbiyyatda tez-tez rast gəlinən ifadələrdəndir. Aşiqlər dərdlərini gizli söyləmək məqsədilə səbaya (səba yelinə) müraciət edir. Bütün bu qeyd etdiklərimizin sözün ad kimi formalaşmasında özünəməxsus rolu olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti