ərəb. sadaqat sözündəndir. Sədaqət sözü ərəb dilində yalnız dostluq anlamındadır.
Türk dillərinə keçdikdən sonra söz yeni məna çalarları qəbul etmişdir, başqa sözlə, sədaqət sözü dilimizdə, əsasən, dostluq və məhəbbətdə sadiqlik, vəfa, etibar, dəyanət mənalarını ifadə etmişdir. Sözün bu mənasını əsas götürərək azərbaycanlı ailələrdə dünyaya göz açan övladlara gələcəkdə bu xüsusiyyətlərə malik olması arzusu ilə Sədaqət adını verirlər. Yəqin ki, bu məna da adın dilimizin şəxs adları sistemində müştərək ad kimi mövcud olmasına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, keçən əsrdə Sədaqət qadın adı məişətimizdə çox populyar olmuşdur. Lakin əsrin 70-80-ci illərindən dəbdən düşmüşdür. Bu gün adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir desək, yəqin ki, yanılmarıq.
Azərbaycan şəxs adlarının izahlı lüğəti