Reklam
Reklam

Məsəllər, deyimlər

SƏFEHLƏR ÖLKƏSİ

►Bir qrup insanın aşırı dərəcədə səmimi və sadəlövh olmasını, başqalarının isə bundan istifadə edərək onları aldatmasını, eləcə də ayrılıqda götürülmüş bir ölkənin daim xaos və naqislik içərisindəki vəziyyətini səciyyələndirmək üçün işlədilən ifadə.

Deyim məşhur rus yazıçısı Aleksey Tolstoyun (1883–1945) «Qızıl açar və ya Buratinonun macəraları» (1936) əsərində işlənərək yayılmışdır.

Adıçəkilən əsərdə məşhur fırıldaqçılar – tülkü Alisa və pişik Bazilio sadəlövh Buratinonu aldadaraq onu Səfehlər ölkəsində «Möcüzələr meydanı» oyununa pul qoymaq üçün dilə tuturlar. Buratino onlara inanaraq razılaşır. Taxta adama elə gəlir ki, pulu torpağa bu gün əkirsən, artıq sabah həmin yerdən budaqlarından meyvə əvəzinə pul sallanan ağaclar çıxır. Beləliklə, Buratino fırıldaqçılara inanaraq pulunu əldən verir.

Hazırda «səfehlər ölkəsi» (yaxud «axmaqlar ölkəsi») ifadəsi daha çox davamlı baş verən mənfi hallara, ictimai əxlaqa zidd davranışlara münasibət bildirərkən işlədilir.

Məsəllər, deyimlər