Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ŞƏHLA

ərəb. çahla sözündən olub, iri ala göz, yaxud tünd mavi göz anlamlarını ifadə edir.

Klassik ədəbiyyatda tez-tez rast gəlinən söz və ifadələr sırasında olub, gözəlin epitetlərindən biridir. Şəhla qadın adı iri, al gözləri olan gözəl (qadın, qız) mənasındadır. XX əsrdə məişətimizdə geniş yayılmış qadın adları sırasında olan Şəhla artıq müşahidəediləcək dərəcədə azalmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti