Reklam
Reklam

Məsəllər, deyimlər

SEHRLƏNMİŞ DAİRƏ

►Bəlli bir çevrədə çıxış yolu çətinliklə tapılan çox dolaşıq vəziyyət, ümidsiz və mürəkkəb şərait haqqında işlədilən ifadə.

İfadə həyatda qorxunc kabusların mövcudluğu ilə bağlı xalq inanclarından qaynaqlanaraq yayılmışdır.

Qədim insanların inancına görə, meşə kabusu insanı sıx ağaclıq olan yerlərdə konkret bir dairə ətrafında fırladır, buna görə də meşədə azanlar gəzib-gəzib yenə əvvəlki yerə gəlib çıxırlar. Deməli, həmin situasiyada insanı gözəgörünməz kabus idarə edir.

Əslində, insanın düşdüyü nabələd yerdə, o cümlədən meşədə belə hal həqiqətən baş verir, amma bunun səbəbi qara qüvvələr deyil: sadəcə insanın sağ ayağı ilə atdığı addım sol ayağı ilə atdığı addımdan daha genişdir, buna görə də dəqiq istiqaməti bilməyəndə insan meşədə dairə vurur.

Gündəlik həyatımızda bir-birindən asılı olan və nəticədə çətinliklə açıla bilən, qapalı zəncir əmələ gətirən situasiyalar olur; o zaman deyirlər ki, kimsə sehrlənmiş dairəyə, yaxud çıxılmaz vəziyyətə düşüb.

Məsəllər, deyimlər