Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SƏLTƏNƏT

ərəb. saltanat sözü əslində padşahlıq, hökmdarlıq mənasındadır. Lakin müasir Azərbaycan dilində dövlət, hökumət mənasında da işlənir.

Müasir Azərbaycan dilində var, dövlət, bolluq kimi məcazi mənalar da ifadə edir. Səltənət qadın adı da sözün məcazi mənası ilə əlaqədardır. Dilimizdə qədim adlardandır. XX əsrin 80-ci illərindən Səltənət məişətimizdə müşahidəediləcək dərəcədə azalmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti