Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

səlvər1

Çənbərək

Xəstə.  Süleyman yazıx iki ildi kin, səlvərdi; Səlvər arvat öy tikərmi sana?

səlvər2

İsmayıllı, Qazax, Zaqatala

Avara, işsiz, boş-bikar.  Səlvər gəzməx'dən nə çıxajax (Qazax); Əcəb səlvər adamdı (İsmayıllı).

səlvər3

Gədəbəy, Tovuz

Sahibsiz, yiyəsiz. □ Səlvər mala tamah salmağın özü heş haxşı iş döy (Gədəbəy).

səlvər4

Gəncə

Bostandan arabaçıya zəhməthaqqı kimi verilən qovun-qarpız.

Azərbaycan dilinin dialektoloji lüğəti