yun. sema – işarə
Dil vahidlərinin – morfemin, sözün, söz birləşməsinin, cümlənin, eləcə də onların qrammatik forma və konstruksiyasının ötürdüyü informasiya, məzmun; dilçiliyin bu informasiya və məzmunu öyrənən sahəsi.
Semantika işarələr haqqında elm sahəsi – semiotika ilə bağlı linqvistik anlayışdır. Semiotikada hər bir dil vahidi, hətta qrammatik konstruksiya işarə kimi qəbul edilir və onun ifadə etdiyi anlayışla – məna və ya fikirlə bağlılığı müəyyənləşdirilir. Nitq vahidlərinin semantikasını müəyyənləşdirərkən leksik və qrammatik kateqoriyalardan istifadə olunur. Qrammatika nitq hissələrini, onların morfoloji tərkibini, sintaktik konstruksiyaları, sintaktik əlaqələri və s.-ni klişelərlə – formal qrammatik kateqoriyalarla oyrənir. “Leksik məna” dedikdə isə yalnız sozlərin, frazemlərin luğəvi mənası nəzərdə tutulur. Hər bir sozun qrammatik forması onun leksik mənasına əlavə bir informasiya caları qatır. Semantika bu caları müəyyənləşdirir. Şəkilçilərin, köməkci nitq hissələrinin leksik mənası olmur, yalnız qrammatik mənası olur. Semantika isə bütün nitq vahidlərinin, o cümlədən morfemlərin, köməkci sözlərin, söz birləşmələrinin və cümlələrin ötürdüyü informasiyanı əhatə edir. Ona görə də hər bir nitq vahidinin semantikası kontekstdə – söz birləşməsi, cümlə, mətn daxilində nəzərdən kecirilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti