Reklam
Reklam

Tarix terminləri lüğəti

sənətkarlıq

İri maşınlı sənayenin yaranmasınadək hakim rol oynamış, əl əməyinə əsaslanan xırda sənaye məmulatı istehsalı.

S. insanın istehsal fəaliyyətinə başlaması ilə eyni vaxtda meydana gəlib. Sadə əmək alətlərindən istifadə, istehsal fəaliyyətində sənətkarın şəxsi ustalığının həlledici əhəmiyyəti, istehsalın məhdud xarakteri (sənətkarın tək və ya bir neçə şagirdlə işləməsi) S.-ın ən səciyyəvi xüsusiyyətləridir.

Tarix terminləri lüğəti