Reklam
Reklam

Məsəllər, deyimlər

Nİ MƏN YARATMIŞAM, MƏN DƏ MƏHV EDƏM

►Özünə aid olanı məhv etməyə, dağıtmağa, kökündən kəsməyə haqq qazandırmaq üçün işlədilən ifadə.

İfadә böyük rus yazıçısı Nikolay Qoqolun mәşhur «Taras Bulba» әsәrindәn qaynaqlanaraq yayılmışdır.

Taras vәtәn xaini hesab etdiyi oğlu Andreyi heç nəyə baxmadan öldürәrkәn bu sözlәri deyir. Yazıçı İsa Hüseynov bu ifadə ilə bağlı «Yeni zaman, yeni qәhrәman» adlı mәqaləsindә belə deyir: «...böyük Qoqolun Taras Bulbası. Bu «adi», savadsız kazak öz mәnәvi zәnginliyi, xarakterinin bütövlüyü ilә bu gün dә bizi heyran qoymurmu? «Sәni mәn yaratmışam, mәn dә mәhv edәcәyәm» sözlәri xalq arasında aforizm kimi yayılaraq bu son dәrәcә canlı vә güclü adamın milyonların şüurunda hәlә dә yaşadığına dәlalәt edir».

Azərbaycan yazıçı və dramaturqlarının əsərlərində, eləcə də publisistik yazılarda bu ifadəyə tez-tez rast gəlmək mümkündür.

Məsəllər, deyimlər