fr. sentimentalisme < fr. sentiment – hiss, duyğu
XVIII әsrdə Avropada yaranan, ağılı deyil, hissi insan təbiətinin əsası hesab edən ədəbi cərəyan.
Sentimentalizmin vətəni İngiltərə sayılır. Bu cərəyanın yaradıcıları Ceyms Tomson, Eduard Yunq, Oliver Qoldsmit və Tomas Qrey olublar (XVIII əsr). İnsan psixologiyasını, duyğu və hisləri әks etdirmәk cәhdlәri sentimentalizmin sәciyyəvi xüsusiyyәtidir. Lakin sentimentalistlәrin әsәrlәrindә insan hissiyyatı şişirdilmiş şәkildә tәsvir olunur. Azərbaycan әdәbiyyatında sentimentalizm müstәqil әdәbi cәrәyan kimi formalaşmayıb. Lakin Azәrbaycan şairlәrinin yaradıcılığında sentimentalizmin müəyyən xüsusiyyәtlәri nәzәrә çarpır. Abbas Sәhhәt “Tәzә şeir necә olmalı” adlı məqalәsindә (1905) sentimentalizm cәbhәsindәn çıxış etmişdi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti