Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sər fars

1. Baş.

2. Ən yaxşı, əla.

Yanaram, yanaram, tütünüm tütməz,

Ah çəkərəm, ahım kimsəyə yetməz,

Əslimin sevdası sərindən getməz,

Əcəb rüsvay olub dillərdə qaldım.

                                      (“Əsli və Kərəm”)

Dərdli Kərəm deyər, fürqətim qatı,

Kəskindi qılıncı, yüyrəkdi atı,

O İsəvi, mən Məhəmməd hümməti,

Atəşi sərimdə qaldı, nə çarə?

                              (“Əsli və Kərəm”)

Qurbani der: zülfün ucu xəyətdi,

Qurandakı qulhuvəllah əhətdi,

Desələr sərində bu nə halətdi?

De ki, bir Pərinin yadigarıdı.

                                     (“Qurbani”)

Gör qız nə gözəl idi ki, Cünun bir baxımda ağlı sərdən verib durdu tamaşa eləməyə. Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

Dəmirçioğlu hey çağırdı kərimi,

Dost yoluna qoymuş idim sərimi,

Cəfər paşa soydururdu dərimi,

Qəsdi buydu saman təpə pustuma.

                          (“Koroğlunun Ərzurum səfəri”)

Başına döndüyüm, qurban olduğum,

Səri durna telli Eyvaz, ağlama!

Ala gözlərinə heyran olduğum,

Səri durna telli Eyvaz, ağlama!

                        (Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)

Azərbaycan dastanlarının leksikası