Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sərdar fars

1. Sərəncam vemək hüququna malik hakim.

2. Başçı. (“Koroğlu” dastanının lüğəti)

Sərdar ölsə, ələm yatar,

Müxənnət məqsədə çatar,

Çənlibelim yasa batar,

Gəlmədi, Eyvaz gəlmədi.

                                       (“Koroğlunun Bayazid səfəri”)

Səni Çənlibelə, özümə oğul, dəlilərə sərdar eləməyə aparıram.

                                         (“Eyvazın Çənlibelə gətirilməyi”)

Ağa vəzir, mən xub sənə neylədim,

Hər nə etdim dost könüldən eylədim,

Səni o sərdara cəllad eylədim,

Can alıcı Əzrayılam, gəlmişəm.

                                          (Paris nüsxəsi, 2-ci məclis)

Azərbaycan dastanlarının leksikası