Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

şərdən

Culfa, Füzuli, Gəncə, Xanlar, Qazax, Oğuz, Şəmkir, Tovuz, Zəngilan

1. Bax: sərdan Şərdən belə açıxyerdi, orda mal da saxlanar, qoyun da (Xanlar); Uşaxlar qoyunnarı sərdənə:tirif (Zəngilan); Quzunu götürdüm sərdənə çıxdım (Şəmkir).

2. Həyət (Culfa, Şəmkir, Tovuz).  Bir belə sərdəndə toy qurulmuşdu (Şəmkir); Qarğıdalını sərdənə sərmişəm ki, quruyub dəyirmanlığ olsun (Tovuz).

Azərbaycan dilinin dialektoloji lüğəti