fars. – hərfi mənası: altı qanad
Qədim silah növü; başı metaldan düzəldilmiş altıdilli toppuz.
Ş. toppuzun modifikasiya olunmuş forması sayılır. Orta əsrlərdə Şərq ölkələrində bu silah geniş istifadə edilib və hərbi rəisin hakimiyyət rəmzi kimi də işlənib. Şimali Azərbaycanda qədimdən məlum olan Ş. nümunələri Torpaqqaladakı arxeoloji qazıntılar zamanı aşkarlanıb. Azərbaycan qəhrəmanlıq dastanlarında (“Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s.) başqa silah növləri ilə yanaşı, Ş.-in də adı çəkilir.
Tarix terminləri lüğəti