1. Məişətdə, işdə və s.-də lazım olan hər hansı bir cisim, maddə, zad, əşya, nəsnə. □ Müəllimin böyründə qəzetə sarılı iki şey vardı. (Ə.Vəliyev).
2. Bir şey şəklində – qeyri-müəyyən, qeyri-məlum şey, hadisə və s. □ Sənə bir şey verdimi? Bazardan bir şey ala bildin?
3. Bir yerdən başqa yerə aparmaq üçün yığılıb bağlanmış yük, çamadan və s. (adətən cəm şəklində). □ Şeyləri maşına yığmaq. Şeyləri baqaja vermək.
4. Ədəbi, bədii, elmi və s. əsər. □ Bir dənə də olsun iri şey yazmamışdır.
5. Fakt, iş, real hadisə. □ Qeyri-adi şey. Məsələyə ciddi bir şey kimi baxmaq lazımdır.
6. İş, hərəkət, əməl. □ Belə şeylərə baş qoşma.
See also: