ər. – cənab, ağa, başçı
İslam dünyasında mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olan, onun kiçik qızı Fatimə və nəvəsi Hüseynlə qohumluq bağlarına malik müsəlmanların fəxri titulu.
Erkən orta əsrlərdə Ərəbistanda tayfa və tayfa ittifaqlarının başçıları da S. adlandırılıb. Bu mənada həmin termin bəzi hallarda “şeyx” sözü ilə eyni məna kəsb edib. S.-lər müsəlman cəmiyyətinin ən imtiyazlı təbəqələrindən sayılıblar. Onlara qarşı cismani cəza və ölüm hökmünün tətbiqi yasaq olunub, S.-lər həmçinin vergi və mükəlləfiyyətlərdən azad ediliblər. Bu səbəbdən tarixboyu bir çox insanlar hökmdarların təqibindən qaçmaq və vergilərdən xilas olmaq məqsədilə özlərini S. kimi qələmə verməyə çalışıblar. Keçmişdə müsəlmanlar arasında böyük hörmət sahibi olan S.-lər öz nüfuzlarını bu gün də müəyyən qədər qoruyub saxlayıblar.
Tarix terminləri lüğəti