1. Bir-birindən aralı, uzaq, sıx, qalın olmayan, adda-budda. □ Seyrək meşə. Seyrək ot.
2. Eyni mənada saç, tük haqqında. □ Gözlərinin mehriban gülüşü yadımdadır; Saçlarının seyrək gümüşü yadımdadır. (R.Rza).
3. Bütöv halında olmayan, parça-parça, ara-sıra. □ Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdir. (H.Nəzərli).
4. Zərf kimi: ara-sıra, hərdənbir, az-az, tək-tək. □ Seyrək eşitdiyin hər söhbətində; Ölüm düşünərdi, ölmək arardı. (S.Vurğun).
See also: