Reklam
Reklam

Məsəllər, deyimlər

SEYTNOTA DÜŞMƏK

►Vaxtı, zamanı çatmamaq, müəyyən edilmiş işi konkret vaxt çərçivəsində görə bilməmək, vaxt qıtlığı yaşamaq.

İfadə şahmat oyununda gedişlərə ayrılmış vaxtla bağlı meydana çıxmışdır.

Birləşmənin hərfi mənası isə ilk dəfə alman dilindəki «vaxt çatışmazlığı» ifadəsinin qarşılığı kimi işlədilmişdir. Yəni ifadə özü konkret oyun zamanı növbəti gedişi fikirləşmək üçün oyunçuya verilən vaxtın çatışmadığını bildirir. Əgər şahmat və digər stolüstü oyunlarda oyunçu verilən zaman çərçivəsində gedişi vaxtında edə bilmirsə, seytnota düşmüş sayılır.

Hazırda bu ifadə artıq şahmat yarışları çərçivəsindən kənara çıxıb və gündəlik həyatda geniş istifadə olunur. Adətən, vaxt qıtlığı yaşayanlar özlərinə bəraət qazandıraraq «seytnota düşübmüş» deyir. Buradakı «seytnot» sözü birbaşa məcazi məna verir, lakin dilimizdə bu sözlə işlənən birləşmə və hələ ki dəqiq bir ifadə yoxdur, ancaq bir neçə yayılmış variant mövcuddur: seytnota düşmək, seytnotda olmaq və s.

Məsəllər, deyimlər