Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şeyx [şeyx] isim ərəb

1. Ərəbistanda qəbilə və ya əşirət başçısı. □ Digər şeyxlər və müridlər də gəlib birər-birər ətrafına toplaşırlar. (H.Cavid). 
2. İlahiyyat. Təriqət başçısı və hər hansı bir təriqətə mənsub olub orada ibadətlə məşğul olan, dərvişlərə başçılıq edən şəxs. □ Şeyxlər meyxanədən üz döndərərlər məscidə. (M.Füzuli).
3. Pirə baxan, pirdə nəzir yığan adam. □ Pirin şeyxi qısaboylu, qarnı və peysəri yoğun, ağbənizli, uzunsaqqal bir molla idi. (E.Sultanov).

See also:

frazeologizm: üzü şeyx, astarı kafir Azərbaycan dilinin izahlı lüğəti