Reklam
Reklam

Etimologiya lüğəti

siçan ili

Rəvayətə görə, yeni ilin gəlməsini ilk olaraq, hansı heyvan görsə, il onun adı ilə başlanmalı imiş. Buğa öz böyüklüyünə arxayın olur və düşünür ki, ili birinci o görəcək. Siçan isə xəlvətcə buğanın başına çıxır və ili birinci o görür, ona görə də siçan ili birinci il hesab olunur. Sonra gələnlər: buğa, pələng, dovşan, əjdaha, ilan, at, qoç, meymun, xoruz, it, donuz. Pələng, əjdaha, ilan, meymun illəri xeyirli illər hesab olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti