ərəb. siddiq sözündəndir. Dilimizin şəxs adları sistemində mövcud İslam dini ilə əlaqədar Siddiqə qadın adı doğruluq, həqiqət, səmimiyyət, həmçinin həqiqi, səmimi anlamlarını ifadə edir.
Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin adlarına da üstünlük verilmişdir. Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də mövcud Siddiqə qadın adı Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızının ləqəbindən formalaşmış addır. İslam dininə görə, Allah-taala hədsiz sədaqətinə, doğruçuluğuna, səmimiliyinə görə onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırmışdır. Fatimənin Siddiqə ilə yanaşı, Mubarəkə (bax: ad – MÜBARƏK), Tahirə (bax: ad – TAHİRƏ), Zəkiyyə (bax: ad – ZƏKİYYƏ), Raziyyə (bax: ad – RAZİYƏ), Mərziyyə (bax: ad – MƏRZİYYƏ), Mühəddəsə, Zəhra (bax: ad – ZƏHRA) kimi doqquz adı məlumdur. Bu adların hər biri Azərbaycan şəxs adları sistemində müstəqil qadın adı kimi mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti