Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sifarişli material

1. Jurnalistin təbliğat məqsədilə, kimisə tərifləmək, yaxud lə­kələmək üçün hər hansı mükafat müqa­bilində gizli tapşırıqla hazırladığı və yaydığı qərəzli məlumat, məqalə, veriliş. 

2. Reklam sifarişçisinin tapşırığı ilə redaksiya əmək­daşı tərəfindən hazırlanmış məqalə, veri­liş.

Gizli reklamdan fərqli olaraq belə materialların reklam xarakteri daşıdığı ­auditoriyadan gizlədilmir, onlar müvafiq ­sə­hifələrdə, müvafiq rubrikalar altında yerləşdirilir, yaxud efirə verilir. 

Jurnalistika terminləri lüğəti