Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

sıfqarmax

Çənbərək, Gəncə, Qazax, Şəmkir, Tovuz

1. Bax: sıvxarmax.

2. Süzmək. □ Yağ küpəsinin lap divini sıfqarmışam (Qazax); Elə sıfqarıf ki, heş damcı da qalmıyıf (Gəncə); Suyun hamısın niyə sıfqardın, birəz də ma: saxlıyeydin; Çümrü: torvuya töhmüşəm, qoy suyunu tamam sıfqarsın, təzə şor yə:k (Tovuz); Hamısını sıfqar, tuada bir damcı da qalmasın (Çənbərək).

Azərbaycan dilinin dialektoloji lüğəti