1. Ov.
2. Ovlanan heyvan, quş. (“Koroğlu” dastanının lüğəti)
Çənlibeldən Ərzuruma gələndə
Cəfər paşa düşdü mənim dəstimə.
Axtardım şikarı, yerində tapdım,
Qoymadılar tez yetirəm dostuma.
(“Koroğlunun Ərzurum səfəri”)
Qarşımızda şikar gördüm,
Gizlin deyil, aşkar gördüm.
Hər nə ki var, sənə verdim,
Yoxsa payın azdımı ola?
(“Qulun qaçmağı”)
Ağca Quzu, qəm çəkmə. O sənin şikarındır.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”) (“Ağca Quzu”)
Azərbaycan dastanlarının leksikası