Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

silsilə1

Bakı, Quba, Naxçıvan, Salyan, Şərur

1. Qızıl və ya gümüşdən qadın bəzəyi.  Silsiləni vər taxım (Bakı);  Fatmanın başında silsilə vardı (Naxçıvan); Silsilə arvaddarda olar (Salyan).

2. Bayramda ipə düzülən üçbucaqşəkilli rəngli kağızlar (Salyan).  Uşağlar məktəbdə silsilə düzəldir (Salyan).

silsilə2

Zaqatala

Qaraçıraq.

Azərbaycan dilinin dialektoloji lüğəti