Reklam
Reklam

Məsəllər, deyimlər

SİNO(V) GETMƏK

►Çox istәmәk, arzusunda olmaq, әldә etmәyә can atmaq.

İfadə qədim xalq oyunlarından qaynaqlanaraq yayılmışdır.

Sino(v) – qәdimdә oynanılan bir xalq oyununun adıdır. Əslində, bir növ, yarış məqsədi güdən bu oyunun iştirakçıları cәrgә ilә üzüqoylu uzanıb ayaqlarını divara dayayardılar. Sonra əllәri üstә qalxıb-enməli və nə dərəcədə güclü olduqlarını nümayiş etdirməli idilәr.

Ehtimal etmək olar ki, buradakı «sino» sözünün «sinə» anlayışı ilə müəyyən yaxınlığı vardır. Çünki yarış zamanı ən ciddi şərtlərdən biri o idi ki, enib-qalxarkən sinə yerә dәymәsin, yəni sinənin vəziyyəti həlledici sayılırdı. Bu oyun zamanı sinəsi yerə dəymədən ən çox enib-qalxan şəxs qalib sayılırdı və həm də belə hesab edilirdi ki, onun bәdəni hamıdan sağlamdır.

Sonralar bu oyunun adı bir şeyi çox istәmәyi, arzusunda olmağı, onu әldә etmәyә can atmağı ifadə etməyə başlamışdır.

Məsəllər, deyimlər