Hindistanın milli dinlərindən biri; əsasında bütün mövcudatda təzahür edən vahid Allah (və ya ilahi başlanğıc) ideyası dayanan din.
Öncə dini islahat məqsədi güdən hərəkat kimi meydana gəlmiş S. sonradan müstəqil dinə çevrilib. Pəncab (Hindistan) əhalisinin, demək olar ki, hamısı S. tərəfdarıdır. S.-in banisi Nanak Dev (1469–1539) sayılır. Monoteist din olan S.-də hinduizmin bir çox müddəaları sufilik elementləri ilə ziddiyyətli şəkildə birləşir. Bütpərəstlik təzahürlərini, mürəkkəb mərasimlər və asketizmi rədd edən S. sosial və kasta mənsubiyyətindən asılı olmayaraq bütün insanların Allah qarşısında bərabərliyi prinsipinə əsaslanır.
Tarix terminləri lüğəti