1. Şirəsi olan, sulu. □ Şirələ meyvə. Şirəli yem. Şirəli bitki.
2. Şirə vurulmuş, şirə çəkilmiş, şirələnmiş. □ Həyətin o biri tərəfində nazik bir daş divarla müntəzəm tikilmiş ... şirəli mətbəx ... görmək olardı. (H.Sarabski).
3. Şirəyə bulaşmış, şirə sürtülmüş. □ Şirəli əl. Şirəli paltar.
4. Məcazi mənada: təravətini, məlahətini itirməmiş, gözəşirin, xoş, duzlu. □ Dürdanə xanım yaşı altmışa yaxın, qədd-qamətli, hələ çox canı şirəli bir arvaddı. (Ə.Əbülhəsən).