Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şirinlik [şirinnix'] isim

1. Şirin şeyin halı; şirin dad; dadlılıq, ləzzətlilik; dad, ləzzət. □ Şanı şirinlikdən boğazı yandırır.
2. Məcazi mənada: səmimilik, mehribanlıq. □ Bu şirinlik ki, var mabeynimizdə yar ilə, Seyyid! Əgər bilsə qiyamətlər qopar başına Fərhadın. (S.Ə.Şirvani).
3. Məcazi mənada: zövq, səfa, ləzzət. □ ...ailə həyatının şirinliyindən doymadığını sözdə arvadına bildirməyi artıq bilib susdu. (M.Hüseyn). 
4. Məcazi mənada: zəriflik, incəlik, yapışıqlıq, ürəyəyatma. □ ...səsində ... məlahət və şirinlik yoxdu. (S.Hüseyn).
5. Məcazi mənada: xoşluq, səmimilik. □ Qızın üzündə şirinlik var.

Azərbaycan dilinin izahlı lüğəti