Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şiş1 [şiş] isim

1. Bədənin hər hansı bir yerində əmələ gələn toxuma qabarması; ur. Üzdə şiş. Qıçının şişi çəkilmək.
2. Tibb. Hər hansı bir bədən üzvü toxumasının qeyri-normal böyüyüb artması. Qorxusuz şiş. Qorxulu şiş.
3. Sifət kimi məcazi mənada: köp, qabarıq, irəliyə doğru çıxmış. Şiş qarın.
4. Sifət kimi: qalın, şişmiş. Yarməmməd şiş qovluğu açdı. (M.İbrahimov).

şiş2 [şiş] isim

1. Kabab bişirmək üçün ucu iti dəmir və ya ağac çubuq. Əti şişə çəkmək. Bir şiş kabab.
2. Sifət kimi: iti, sivri. □ Şiş ucları buludlarla döyüşən; Dağlarında buzları var ölkəmin. (C.Cabbarlı).

See also:

frazeologizm: ətini şişə çəkmək frazeologizm: gözünə şiş batsın frazeologizm: iynə batırana şiş batırmaq frazeologizm: şişə çəkmək frazeologizm: şişə taxmaq Azərbaycan dilinin izahlı lüğəti