Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şit [şit] sifət

1. Duz qatılmamış, duzsuz. □ Şit pendir. Şit kərə.
2. Duzu az, lazımınca duzlanmamış. □ Şit xörək.
3. Məcazi mənada: danışığı, hərəkətləri yüngül, qeyri-ciddi, bayağı; duzsuz. □ Şit adam.
4. Məcazi mənada: dəcəl, sırtıq, üzlü, həyasız, şuluqçu. □ Bizim şit uşaqlar və başqasına istehza etməkdən zövq alan adamlarla işimiz yoxdur. (M.İbrahimov).
5. Məcazi mənada: çox maraqsız, duzsuz, ət tökən. □ Şit söhbətlər. Şit zarafat.

See also:

frazeologizm: şiti çıxmaq frazeologizm: şitini çıxarmaq Azərbaycan dilinin izahlı lüğəti