Zülm edən, əziyyət verən, incidən; zülmkar.
Dost bilsə yarının gəldiyin neylər?
Yar yolunda qara bağrını teylər,
Nəsihət qəmzənə ver ki, qan eylər,
Gözəllər şuxinin sitəmkarıdı.
(“Qurbani”)
Birini deyərsən, beşini deyər,
Acı üz göstərsən beynini yeyər,
Hərdən qeyzə gəlsə ərini döyər.
Ər məhəbbətində sitəmkar olur.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası