Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

siyasi plüralizm

lat. pluralis – çoxlu

1. Müxtəlif əhali qruplarının öz siyasi ba­xış­larını, siyasi maraqlarını qoruyub saxlamaqla birgə inkişaf etdikləri cəmiyyətin quruluş prinsipi.

Bu prinsip dövlətdən siyasi qüvvələrin müxtəlifliyinə, onların dövlət idarəetmə orqanlarında təmsilçilik uğrunda ədalətli rəqabət aparmalarına şərait yaratmağı tələb edir.

2. Hər hansı məsələdə, problemə yanaşmada fərqli si­yasi baxışların, siyasi fikir müxtəlifliyinin mövcudluğu və onların ortaya çıxarılması imkanı.

3. Kütləvi informasiya vasitələ­rindən cəmiyyətdə mövcud olan siyasi müxtəlifliyi, hər hansı məsələdə, problemə yanaşmada fərqli siyasi baxışları əks et­dir­məyi tələb edən fəaliyyət prinsipi.

See also:

Jurnalistika terminləri lüğəti