Bərdə, Borçalı, Çənbərək, Daşkəsən, Xanlar, Qazax, Tərtər, Tovuz
1. Xörək adı (soğan, yağ, su, kartof və quru çörəkdən hazırlanır) (Bərdə, Borçalı, Daşkəsən, Qazax, Tərtər, Tovuz). □ Soğança soğannan yağdan olor (Borçalı); Soğançanı əkinçilər sövir (Qazax); Soğançeyi yedim usdadım (Daşkəsən).
2. Yağda qovrulmuş soğan (Çənbərək, Xanlar). □ İsdidə soğança ver uşax yesin, yola çıxsın (Çənbərək); Soğançanı ərişdədə də işdədirix', qaşıx xingəlində də işdədirix' (Xanlar).
Azərbaycan dilinin dialektoloji lüğəti