Şahin.
Gözəllər gözəli, gözəllər xası,
Silindi, qalmadı könlümün pası,
Sinəni bənzətdim şonqar yuvası,
Oğlan paltarında qıza rast gəldim.
(“Qurbani”)
*
Nəcəf bir qəvvasdı, salma dərinə,
Bir də çətin olar yerdə sürünə,
Kəklik, pərin çatmaz şonqar pərinə.
Gəlməsin könlünə güman, haralı?
(“Məhəmməd və Güləndəm”)
*
Mən aşiqəm şonqara,
Şahin gərək şonqara,
Cik-cik deyən sərçələr
Neylər şahın-şonqara?
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası