Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sosial jurnalistika

Medianın əsas vəzi­fəsini yalnız gerçəkliyi əks etdirməkdə ­de­yil, eyni zamanda real həyata fəal müdaxilədə, ictimai münasibətləri tənzim­ləməkdə və cəmiyyətin tərəqqisi üçün ça­lışmaqda görən jurnalistika sahəsi.

S.J. KİV-in cəmiyyətdə rolunun daha geniş olduğunu bildirir, buraya dəyəryaradıcı, təşkilatçılıq, sosial iştirak və bu kimi funk­siyaları da daxil edir. Mahiyyətcə S.J. – jur­nalistikanın cəmiyyət qarşısında sosial məsuliyyət daşıdığına inamın məhsuludur. O, əhalini məlumatlandırmaq və maarif­ləndirməklə kifayətlənmir, hadisələrə qiy­mət verməyi, cəmiyyətin problemlərinin geniş müzakirəsini təmin etməyi, dəyişən dünyada insanları istiqamətləndirməyi  vacib sayır. S.J. termini ikitərəfli tənqidə məruz qalır. Tən­qidçilərin bir qismi bü­tünlükdə jurna­lis­tikanın sosial mahiyyət daşıdığını və onun ayrıca «sosial» qolunu yaratmağın yanlış olduğunu deyir, digərləri S.J. anlayışını  xüsusi sosial müdafiəyə ehtiyacı olan əhali qrupları üçün media ilə eyniləşdirir.

See also:

Jurnalistika terminləri lüğəti