Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

şötüx'1

Cəbrayıl

Dəvəni cahazlamaq üçün istifadə olunan örkən, enli ip. □ Şötüyü dəvənin belinə çək.

şötüx'2

Basarkeçər, Xanlar

Göz dəyməmək üçün uşağın çiyindən asılan bəzəkli duaqabı. □ Sövgülü yaxşı şötüx' toxuyur; Mə:m şötüyüm indi də durur (Basarkeçər); Körpə uşaxlara göz dəyməsin deyə üstünə şötüx' tikillər (Xanlar).

Azərbaycan dilinin dialektoloji lüğəti