Qədim dövr və erkən orta əsrlərdə türkdilli xalqların əsərlərində işlənmiş şeir parçaları.
Kökü oğuznamələrdən gəlir. Soylar nəsr parçalarının tərkibində işlənib. Soydan xüsusilə dastan yaradıcılığında istifadə olunub. “Kitabi-Dədə Qorqud” dastanında soy nümunələrinə rast gəlirik. Hər bir boyun sonunda Dədə Qorqudun dilindən soy söylənilir:
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya,
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti