Reklam
Reklam

Tarix terminləri lüğəti

şüubiyyə

ər. – xalqlar; burada “başqa xalqlar” anlamında işlənir

VIII əsrdə xilafətdə qeyri-ərəb xalqları arasında yaranmış və islam dünyasının mədəni, bəzən həm də siyasi həyatında ərəblərin hegemon rolunu inkar edən hərəkat.

Bu mədəni-siyasi hərəkat İranda xüsusilə geniş yayılıb. O, ərəblərin siyasi hökmranlığına qarşı çıxan qüvvə və təriqətlərlə (şiəlik, xaricilik) bağlı olub. Yerli ədəbi dillərin dirçəldilməsinə çağırış Ş. hərəkatının əsas şüarlarından birini təşkil edib.

Tarix terminləri lüğəti