Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

talaşa1

Ağdam, Ağdaş, Bakı, Cəlilabad, Göyçay, Kürdəmir, Mingəçevir, Oğuz, Salyan, Şamaxı, Şəki, Şuşa, Zərdab

Bax: talaş□ Bu tökülən talaşadan birəz apar evə (Ağdam); Odun olmadığına peçdə talaşa yandırırıx (Ağdaş); Bir az talaşa gəti ocağa at (Oğuz); Bir-iki talaşa qopar, ocax qalıyacağam (Kürdəmir); O talaşadan at sımavara, qaynasın (Salyan); A bala, biraz talaşa yığ gəti, ocağı qızışdır (Şəki).

talaşa2

Cəbrayıl, Goranboy, Zəngilan

Divar hörərkən daşların arasına tökülən xırda daş qırıntıları. □ İndi də talaşaə:ti tökəx' daşların arasına (Goranboy).

Azərbaycan dilinin dialektoloji lüğəti