Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tamam [tamam] isim ərəb

1. Bitmə, qurtarma, sona çatma, bitirmə. 

2. Tamamilə, bütünlüklə, büsbütün.Dərd adamın qəddin əyir, nahaqq isə tamam sındırır. (Atalar sözü).
3. Bütün, hamısı. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. (Ə.Haqverdiyev).
4. Vaxt bildirən saylardan əvvəl gələrək vaxtın bütövlüyünü, qalığı, kəsiri, əskiyi olmadığını bildirir; düz. □ Bu işin üstündən tamam üç il keçdi. (E.Sultanov).
5. Saatda dəqiqəni deyil, düz, tam saatı göstərir. □ Saat on iki tamamda katib .. direktorun gəldiyini söylədi. (B.Bayramov).

Azərbaycan dilinin izahlı lüğəti